Türkiyə mənbələri: Ərdoğan bu yaxınlarda əməliyyat olunub

Qafqaztimes xəbər verir ki, Türkiyədəki bəzi yerli mənbələr Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu yaxınlarda əməliyyat olunduğunu bildiriblər.

“Turkish Now” xəbər saytının məlumatına görə, Türkiyənin “Flash” telekanalının rəhbəri Hakan Aygün cümə axşamı Türkiyə prezident sarayındakı mənbələrə istinadən bildirib ki, Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda varikoz damarlarından əməliyyat olunub.

Bu xəbər Türkiyə mənbələrinin son vaxtlar Ərdoğanın vəziyyətinin pisləşməsi ilə bağlı fərziyyələr səsləndirdiyi bir vaxtda yayılıb.

Bununla belə, Flash telekanalının rəhbəri Türkiyə prezidentinin fiziki vəziyyətinin yaxşı olduğunu və hazırda heç bir probleminin olmadığını bildirib.

Bundan əvvəl Rəcəb Tayyib Ərdoğan 2012-ci ildə də 2 dəfə bağırsaq əməliyyatı keçirmiş və hər iki əməliyyat uğurlu olmuşdu.

Related posts

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur