Türkiyə: İsveçin NATO-ya üzv olmasını qəbul edəcək durumda deyilik

QafqazTimes xəbər verir ki, Türkiyə şənbə günü elan edib ki, Ankaranın tələblərini yerinə yetirmək üçün Stokholm tərəfindən görülən bir sıra tədbirlərə baxmayaraq, İsveçin NATO alyansına üzvlüyünü qəbul etmək iqtidarında deyil.

“Agence France-Presse”in məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xarici siyasət müşaviri İbrahim Kalın jurnalistlərə deyib: “Biz qanun layihəsini parlamentə göndərəcək vəziyyətdə deyilik.”

Bu hesabata görə, İsveç və Finlandiya onilliklər boyu davam edən hərbi öhdəliyindən imtina etməyi kənara qoyaraq, Rusiyanın Ukraynaya müdaxiləsinə reaksiya olaraq NATO alyansına qoşulmaq üçün müraciət ediblər. Türkiyə və Macarıstan bu təklifləri parlamentdə səsvermə yolu ilə təsdiqləməyən yeganə NATO üzvləridir. Türkiyə hesab edir ki, İsveç NATO-nun iyunda keçiriləcək sammiti üçün bir sıra öhdəlikləri yerinə yetirə bilməyib.

AFP-nin məlumatına görə, Kalın İsveç parlamentinin bu tədbirlərə səs verməsinin ən azı iyun ayına qədər vaxt aparacağını, Ankaranın isə İsveç parlamentinin addımını gözləyəcəyini bildirib.

Kalın deyib: “İsveçdə yeni qanunların yazılması və təsdiqlənməsi təxminən 6 ay çəkəcək. Ona görə onlara daha çox vaxt lazım olacaq.”

Türkiyənin vitse-prezidenti Fuad Oktay da ölkəsinin İsveçə Şimali Atlantika Müqaviləsinə qoşulması üçün yaşıl işıq yandıra bilməyəcəyini deyib.

O, deyib: “Stokholm terror təşkilatlarına və onların tərəfdarlarına demokratiya bəhanəsi ilə Türkiyə əleyhinə fəaliyyətə icazə verdiyi bir halda Ankara İsveçə NATO-ya üzv olmaq üçün yaşıl işıq yandıra bilməz.”

Oktay əlavə edib: “İsveç bu günə qədər üçtərəfli razılaşma ilə bağlı öhdəliklərinin əksəriyyətinə əməl etməyib və bu ölkə Türkiyənin bu mövzuda ciddiliyini anlaya bilmir.”

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib