Türkiyə: İsrail eskalasiya yaratmasın!

Türkiyə: İsrail eskalasiya yaratmasın!

Türkiyə XİN başçısı sionist rejimin regionda eskalasiya yaratmaq cəhdlərindən uzaqlaşmasının zərurətini vurğulayıb.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Hakan Fidan bu gün (12 avqust) ABŞ dövlət katibi Antoni Blinkenlə telefon söhbətində bölgədə artan gərginliyin narahatlıq doğurduğunu, İsrail-Fələstin qarşıdurmasında təcili olaraq davamlı atəşkəsin təmin edilməsinin vacibliyini vurğulayıb.

Hakan Fidan Həmas lideri İsmail Həniyyənin terroru və fələstinlilərə qarşı davam edən qırğın İsrailin sülhü bərqərar etmək istəmədiyinin göstəricisi olduğunu vurğulayıb.

Türkiyəli diplomat, həmçinin daimi atəşkəs üçün İsrailə təzyiq edilməli olduğunu da bildirib.

Türkiyə XİN sözçüsü X sosial media hesabında bu barədə yazıb: Qarşı tərəfin tələbi ilə baş tutan danışıq zamanı İsrail-Həmas danışıqlarının prosesi və bölgədə artan gərginlik müzakirə edilib.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir