Türkiyə: İordan çayının qərb sahilində və Qəzzada baş verənlərə görə yalnız İsrail cavabdehdir

Qafqaztimes xəbər verir ki, İsrailin Fələstin xalqına davam edən hücumlarına toxunan Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu, İordan çayının qərb sahilində və Qəzzada baş verənlərə görə yalnız rejimin cavabdeh olduğunu söyləyib.

Türk diplomatik xidmətinin rəhbəri daha sonra qeyd edib: “Haqsızlıq qarşısında susan hər kəs səssiz bir şeytan və cinayətin ortağıdır.”

Bu arada Türkiyənin Anadolu xəbər agentliyi, Türkiyə parlamentinin İsrailin Fələstindəki insan haqları pozuntularını araşdırmaq üçün bir komitə yaratdığını bildirib.

Türkiyə parlamentinin insan haqları komitəsinin sədri Hakan Çavuşoğlu da İsrail rejiminin hədsiz təcavüzünü kəskin şəkildə qınadığını söyləyib.

Bu Türkiyə millət vəkili, İsrailin insan haqları pozuntularına qanuni və sivil yolla cavab verilməlidir, deyib.

Fələstin Səhiyyə Nazirliyinin verdiyi məlumata görə İsrailin Qəzza zolağına hücumu nəticəsində indiyədək ən az 230 fələstinli şəhid edilib. Şəhidlərin 65-i uşaq, 39-u isə qadındır. Bundan əlavə 1700 nəfər isə bu hücumlar nəticəsində yaralanmışdır.

Related posts

Rusiya və ABŞ arasında oyunun sonu

Qəzza Qəssabı dünyanı xilas edəcək?

Sionist rejimin Suriyanın qərbində və mərkəzindəki hərbi mərkəzlərə hücumları