Türkiyə ilə Ermənistan münasibətlərində yeni irəliləyişlər

QafqazTimes xəbər verir ki, Türkiyə prezidenti və Ermənistanın baş naziri bazar ertəsi gecə telefon danışığında iki ölkə arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər.

TRT telekanalının rəsmi saytının məlumatına görə, Türkiyə prezident aparatının bəyanatına əsasən, bu telefon danışığı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə ilə Ermənistan arasında ikitərəfli münasibətlərin normallaşdırılması prosesinin vacibliyini vurğulayaraq, bu addımın regionda sülh və sabitliyin güclənməsinə kömək edəcəyini bildiriblər.

Türkiyə Prezident Aparatından verilən məlumata görə, onlar iki ölkənin xüsusi nümayəndələrinin iyulun 1-də apardıqları danışıqlarda razılaşdırılmış məsələlərin dərhal həyata keçirilməsinə dair gözləntilərini də ifadə ediblər.

Paşinyan həmçinin tvitter hesabında yazıb: “Biz xüsusi nümayəndələrimizin görüşündə əldə olunan razılaşmaların iyulun 1-də həyata keçiriləcəyini gözləyirik.”

Bu xəbərə görə, Ərdoğan və Paşinyan arasında telefon danışığı Türkiyə və Ermənistan nümayəndələrinin Vyanada dördüncü görüşündə iki ölkə arasında quru sərhədinin mümkün qədər tez üçüncü ölkə vətəndaşları üçün açılması barədə razılığa gəlməsindən bir həftə sonra baş tutub.

Qeyd edək ki, normallaşma danışıqlarının birinci raundu yanvarın 14-də Moskvada keçirilmişdi və burada hər iki tərəf heç bir ilkin şərt olmadan danışıqları davam etdirməyə razılaşmışdı. Türkiyə və Ermənistan nümayəndələri bundan əlavə iki dəfə Vyanada görüşüblər.

Artıq iki illik fasilədən sonra Türkiyə ilə Ermənistan arasında kommersiya uçuşları bərpa edilib.

Related posts

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri