QafqazTimes xəbər verir ki, Türkiyə hökuməti Türkiyə müxalifət liderinin yüksək enerji qiymətlərinə etirazından və elektrik enerjisinə pul ödəməməklə hədələməsindən sonra onun elektrik enerjisini kəsib.
Qeyd edək ki, ölkənin əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Qılıncdaroğlu bu ilin əvvəlində Türkiyə hökumətinin elektrik enerjisi qiymətlərindəki artımı ləğv edənə qədər elektrik haqqını ödəməyəcəyinə söz vermişdi.
Cümə axşamı şəxsi twitter səhifəsində yerləşdirdiyi videoda o, evinin işıqsız qaldığını açıqlayıb.
Yanvarın 1-dən Türkiyə hakimiyyəti elektrik enerjisi tariflərini kəskin artırdıqdan sonra abunəçiləri çox yüksək ödənişlərlə üzləşiblər.
Artan qiymətlər etirazlara səbəb oldu. Belə ki bir çox kiçik müəssisə bağlanmaq ərəfəsində olduqlarını göstərmək üçün enerji qəbzlərini vitrinlərinə yapışdırdılar.
Bu təzyiqləri azaltmaq üçün Türkiyə hökuməti məişət və kommersiya istehlakı limitinin yenidən nəzərdən keçirilməsi də daxil olmaqla müəyyən layihələr irəli sürdü.
Qılıncdaroğlu keçən il elektrik enerjisi haqqının ödənilməməsi səbəbilə elektrik enerjisindən məhrum olan 3,5 milyon türk vətəndaşına dəstək olaraq Fevral ayından bu yana elektrik pulunu ödəmir.