Türkiyə Ərəbistana təslim oldu

QafqazTimes xəbər verir ki, Türkiyə prezidenti nəhayət Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın şərtlərinə təslim olaraq iki ölkə arasındakı münasibətləri yaxşılaşdırmaq və Türkiyə istehsalı olan malların idxalına qeyri-rəsmi qadağaları aradan qaldırmaq müqabilində tənqidçi jurnalist Camal Qaşıqçının terroru ilə bağlı işi Səudiyyə Ərəbistanına təhvil verməyə razılıq verib.

ISNA-nın məlumatına görə, “Rəy Əl-Youm” qəzetinin baş redaktoru Əbdül Bari Ətəvan öz təhlilində yazıb: “Bu təslimiyyət təəccüblü deyildi, çünki Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Misirin “Müsəlman Qardaşları” tərəfdarı olan kanalları bağlamaq şərtləri ilə tam razılaşdı və çinli uyğur azlıqları öz hökumətlərinə təhvil verdi. Çox güman ki, növbəti addım İsrail prezidenti İshaq Hersoqun Ankaraya səfərindən və onun səmimi qarşılanmasından sonra Həmas liderləri və onların üzvlərinin Türkiyə ərazisindən qovulması olacaq.

Ərdoğanın prioritetləri arasında İslam prinsipləri və dəyərləri aşağı yer tutur. Camal Qaşıqçı əgər sağ olsaydı, Ərdoğan onu Səudiyyə rəsmilərinə təhvil verərdi.

Səudiyyə vəliəhdinin Ərdoğanın onun şərtlərinə təslim olmasını qəbul edib-etməyəcəyi bəlli deyil. Çünki Ərdoğanın Misirə etdiyi böyük güzəştlər təsəvvür olunmazdır, lakin buna baxmayaraq Misir Ərdoğana zəif cavab verdi və indiyə qədər iki ölkənin səfirləri geri qayıtmayıb, çünki Misir rəsmiləri Ərdoğana etimad etmir və onun mövqeyinin tez dəyişəcəyini düşünür.”

Related posts

ABŞ dünyaya qarşı!

Niderlandın xarici işlər nazirinin İsrailə səfəri ləğv edilib

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur