Türk gəncləri sionist rejimin bayraqlarını endiriblər

QafqazTimes xəbər verir ki, Türkiyə mənbələri çərşənbə axşamı axşam saatlarında Türkiyədə bir qrup gəncin sionist rejimin bayraqlarını endirərək onları yandırması barədə məlumat yayıblar.

“İslami analiz” internet saytının məlumatına görə, Anadolu Gənclik Birliyinin bir qrup üzvü sionist rejimin rəhbəri İshaq Hersoqun qarşılanması üçün səkilərə qoyulmuş sionist rejim bayraqlarını aşağı endiriblər.

Yayımlanan görüntülərə görə, bu türk birliyinin üzvləri bayraqları endirdikdən sonra küçədə onları yandırıb və yerinə Fələstin bayraqlarını taxıblar.

Bundan əlavə Türkiyə mediası ötən gün də sionist rejim başçısınınTürkiyəyə gəlişi ərəfəsində bir qrup etirazçıların bu rejimin bayrağını yandırması barədə məlumat yaymışdı. Etirazçılar “Allah Əkbər”, “İsrailə ölüm” və “Amerikaya ölüm” şüarları səsləndirərək, Hersoqun səfərinə qarşı narazılıqlarını bildirmişlər.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib