Tunis xalqı ABŞ səfirinin ixracını tələb edir

Tunis xalqı ABŞ səfirinin ixracını tələb edir

Tunis xalq nümayəndələri ABŞ-ın ölkələrindəki səfirliyi qarşısına toplaşaraq Qəzzə zolağında müharibə və soyqırımı üçün sionist rejimə tammənalı dəstək verdiyi üçün bu ölkə səfirinin ixrac edilməsini istəyiblər.

Əl Aləm telekanalının məlumatına əsasən, Tunisin “Fələstin üçün birgə koordinasiya” təşkilatının aktiv üzvləri bu gün (27 iyul) ABŞ səfirliyi qarşısında toplaşaraq Vaşinqtonun səlahiyyətli səfirinin ölkələrindən çıxmasını tələb ediblər.

Məlumata görə, aksiyada ABŞ və İsrail əleyhinə şüarlar səsləndirilib və plakatlar daşınıb.

“Fələstin üçün birgə koordinasiya”nın üzvü Vail Barika deyib: Bu etiraz aksiyası gələcək günlərdə genişlənəcək və böyük bir mitinqə çevriləcək. Bizim hazırda əsas məqsədimiz ABŞ səfirliyinə təzyiq göstərərk səfirin ölkəni tərk etməsidir. Səfirin ixracı ilə ən azından Amerikanın Tunisdəki fəaliyyəti məhdudlaşacaq.

Related posts

Niderlandın xarici işlər nazirinin İsrailə səfəri ləğv edilib

Britaniya hökuməti Netanyahu və Qallantı həbs etməyə hazırdır

Türkiyə: İsrail rəsmiləri üçün çıxarılmış həbs orderi ədalətin yaşamasına bir ümiddir