Tunis Suriyanın Culan təpəliklərindəki hüququnu dəstəkləyir

Tunis dövləti regionda təhlükəsizlik və stabilliyin qorunması məqsədi ilə Suriyanın Culan təpəliklərindəki hüququnu dəstəklədiyi və işğalçı sionist rejim hücumları qarşısında rəsmi Dəməşqə dəstək olacağını vəd edib.

Əl Aləm telekanalının məlumatına əsasən, Suriya XİN başçısı  Feysəl Miqdad tunisli həmkarı Nəbil Əmmarla görüşdə birgə bəyanat yayıblar.

Bəyanatda iki ölkə arasında əməkdaşlıqların genişlənməsi və digər diplomatik razılaşmalardan əlavə, Tunis dövlətinin terrorizmlə mübarizə və regionda stabillik naminə Culan təpəliklərinin sionist rejimdən geri alınması istiqamətində dəstəkləri vəd edilir.

Qeyd edək ki, 1967-ci ildə baş vermiş İsrail-Ərəb müharibəsi nəticəsində Suriya torpaqlarının Culan təpəlikləri sionist İsrail tərəfindən işğal olunub. Culan təpəlikləri sahəsinə görə dünya ölkələri içində 86-cı yeri tutur.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib