Tualet pulunu verməmək üçün gözətçini ÖLDÜRDÜ – FOTO

Türkiyədə tualet pulunu vermədiyi üçün rusiyalı turistin döydüyü gözətçi dünyasını dəyişib.

Tualet gözətçisi Mehmet Özcan boksçu rusiyalı turist R.K.nın vurduğu yumruqdan sonra beyin qanaması keçirib. 

Hadisə Kəmərdə baş verib. Əldə edilən məlumata görə, dayanacaq ərazisindəki tualeti işlədən Mehmet Özcan Rusiya əsilli R.K. adlı turist tualet pulunu ödəmək istəməyincə mübahisə edib.

Müzakirə zamanı R.K.nın yumruqlarına məruz qaldığı iddia edilən Özcan yerə yıxılaraq başı səkiyə dəyib və xəsarət alıb. Hadisə yerinə gələn təcili yardımla xəstəxanaya aparılan Özcan 2 saat sonra öz istəyi ilə xəstəxananı tərk edib.

Vəziyyəti pisləşəndən sonra Özcan beyin qanaxması şübhəsi ilə xəstəxananın reanimasiya şöbəsinə aparılıb. Burada edilən bütün müdaxilələrə baxmayaraq Mehmet Özcan həyatını itirib. 

Rusiyalı turist R.K.nı yaşadığı oteldə saxlanılıb və barəsində məhkəmənin qərarı həbs-qətimkan tədbiri seçilib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi