TŞ Haaqa məhkəməsindən sonra fövqəladə iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası Haaqa məhkəməsinin Qəzzə barədə çıxardığı qərara əsaslanaraq fövqəladə iclas keçirmək qərarına gəlib.

Əl Aləm telekanalının məlumatına əsasən, bu fövqəladə iclas Əlcəzairin tələbi əsasında gələn həftənin çərşənbə günü keçiriləcəyi planlaşdırılıb.

Əl Cəzirənin verdiyi informasiyaya görə TŞ-nin fövqəladə iclasında Haaqa məhkəməsində sionist rejimin Qəzzədəki cinayətləri və son vəziyyət bir daha nəzərdən keçiriləcək.

Diplomatik qaynaqlar Əlcəzairin tələbinə uyğun olaraq təşkil olunacaq toplantı barədə bəyanatda deyilir: Əlcəzail prezidenti Əbdül Məcid Təbun və bu ölkənin BMT-dəki daimi nümayəndə heyəti “yeni icaat formatı”nın təyin olunmasında israrlıdırlar. Əlcəzair Haaqa məhkəməsinin çıxardığı qərarın icrasını tələb edir, Fələstin xalqına edilən zülmlərə son qoyulmasını istəyir və sahib olduqları haqların geri qaytarılmasına israrlıdır.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib