Trampın təyyarəsi qəzaya düşdü – FOTO

ABŞ-nin keçmiş prezidenti Donald Trampın şəxsi “Boeing 757” təyyarəsi Florida ştatındakı “West Palm Beach” beynəlxalq hava limanında hərəkətdə olan zaman başqa bir təyyarə ilə toqquşub.

Bu barədə “Reuters” öz mənbəsinə istinadən məlumat verib.

“Hərəkət zamanı təyyarənin qanadı park edilmiş və içi boş olan başqa təyyarəyə ilişib”, – deyə Mülki Aviasiya Federal İdarəsinin məsələ ilə bağlı bəyanatında bildirilib.

Faktla bağlı araşdırma aparılır. Lakin təyyarənin kimə məxsus olduğu ilə bağlı məlumat təqdim edilməyib.

Qeyd edək ki, Donald Tramp təyyarəni 2011-ci ildə əldə edib və onun dəbdəbəli şəkildə yığılmasına sərvət yatırıb – təxminən 100 milyon dollar. Layner Trampın sifarişi ilə “Rolls-Royce” tərəfindən hazırlanmış eksklüziv mühərriklərlə təchiz edilib. Təyyarənin tutumu beş dəfə azaldılaraq 239 sərnişin oturacağından 43-ə endirilib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi