Trampın müşaviri: İsrailə silah göndərilməsi dayanmayacaq

Trampın müşaviri: İsrailə silah göndərilməsi dayanmayacaq

ABŞ prezident administrasiyasında Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Vaşinqtonun İsrail rejiminə silah göndərməsini dayandırmayacağını vurğulayıb.

Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Mayk Ualts bu gün (5 fevral) Fox News telekanalına müsahibəsində deyib: Biz Təl-Əvivin özünü müdafiə etmək hüququnu dəstəkləyirik.

Ualts daha sonra Vaşinqton rəsmiləri ilə baş nazi Benyamin Netanyahu arasında aparılan danışıqlara toxunaraq deyib: Bu danışıqlarda Həmasın məhv edilməsi və regionun gələcəyi müzakirə olunacaq.

O, həmçinin Həmasın mövcudluğunu davam etdiyini və daha bir 7 oktyabr hadisəsinin baş verməsinə icazə verilməyəcəyini iddia edərək Vaşinqtonun İbrahim razılaşmasının növbəti mərhələsini həyata keçirməyə çalışdığını da qeyd edib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib