Trampın başı Yer kürəsini “qaranlığa qərq etdi” – VİDEO

ABŞ-nin eks-prezidenti Donald Tramp Günəş tutulması ilə bağlı maraqlı və eyni zamanda qəribə paylaşım edib.

Tramp özünün “Truth Social” sosial şəbəkəsində Şimali Amerika əhalisinin aprelin 8-də şahidi olduqları tam Günəş tutulmasına həsr olunmuş seçkiqabağı kampaniyasının videosunu yerləşdirib.

Videoda “Bəşəriyyət tarixinin ən mühüm məqamı 2024-cü ildə baş verəcək” sözləri altında Donald Trampın başı Günəşi önünü qapadır və “2001-ci il: Kosmik Odisseya” filmindəki musiqinin müşayiəti ilə dünyanı tam qaranlığa qərq edir.

Bundan sonra növbəti ifadə ortaya çıxır: “Biz Amerikanı xilas edəcəyik. Və yenidən möhtəşəm edəcəyik”.

Yayımlanan video sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi