Tramp yenə iddia etdi: ABŞ Qəzzəni azad zonaya çevirə bilər

Tramp yenə iddia etdi: ABŞ Qəzzəni azad zonaya çevirə bilər

Yaxın Şərqdə regionuna səfərdə olan ABŞ prezidenti Qəzzəni azad zonaya çevirməyə qadir olduğunu iddia edib.

Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, həmişə İsrailə dəstək olan Donald Tramp bu gün (16 may) deyib: Yüksəklikdən çəkilmiş görüntülərə baxarkən Qəzzədə faktiki olaraq heç bir binanın qalmadığı müşahidə edilir.

Bir daha Qəzzəni abadlaşdıra biləcəyini iddia edən Tramp əlavə edib: Siz orada heç bir şeyi qurtara bilməyəcəksiniz. Orada bircə dənə olsun ev qalmayıb. İnsanlar xarabalığa çevrilmiş binaların altında yaşayır. Əlbəttə bu qəbul olunmazdır. Mən Qəzzəni azad zonaya çevirmək istəyirəm. Lazım gələrsə, mənə elə gəlir ki, Amerikanın Qəzzəyə sahib olması ilə fəxr edərəm. ABŞ Qəzzəni ələ alıb azad zonaya çevirə bilər. Belə isə, qoyun yaxşı hadisələr baş versin.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib