ABŞ-ın keçmiş prezidenti Ağ Evə qayıdacağı təqdirdə Rusiya və Ukrayna başçıları ilə bircə telefon danışığı ilə 24 saat ərzində müharibəni bitirəcəyini bir daha iddia edib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Donald Tramp dünən axşam (18 iyul) bu iddianı yerinə yetirə bilmə potensialında olduğunu vurğulayaraq deyib: Bildiyiniz kimi, Vladimir Putinlə yaxşı əlaqəm var. Ona zəng vurub “Ukrayna məsələsini həll et” desəm, bir sutkaya bu işi həll etmiş olaram.
Tramp məzhəkəli çıxışında həmçinin deyib ki, Zelenskiyə də zəng vurub “bu işi sən həll etməlisən, yoxsa sənə pul yoxdur” deyəcəyəm”.
Cinayət dosyeləri ilə məhkəmələri dolduran bu siyasətçi Rusiya-Ukraya müharibəsi olmamalı idi deyərək, indi yüz minlərlə insan və bir çox şəhərlər viran olub – məzhəkəsi ilə insanları özünə güldürüb.
Tramp daha sonra deyib: Onları dayandırmaq mənim vəzifəmdir. Ukraynadakı dağıntıları görmüsünüz ya yox? Çox təəssüflü vəziyyətdədirlər.
Qeyd edək ki, keçmiş prezident ötənlərdə 3-cü Dünya Müharibəsinin qarşısını ala biləcəyini də iddia etmişdi.