ABŞ prezidenti orduya Yəməndə husilərə qarşı genişmiqyaslı hücum əmri verib.Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Donald Tramp dünən (15 mart) buna paralel olaraq Qırmızı dənizdə ticarət gəmilərinə hücumlar edən husulərə çox açıq xəbərdarlıq edərək deyib Bu gün mən Birləşmiş Ştatlar Ordusuna Yəməndə husi terrorçularına qarşı qəti və güclü hərbi əməliyyata başlamağı əmr etdim. Husilər, sizin zamanınız bitdi, hücumlarınız bu gündən dayanmalıdır. Yoxsa indiyə qədər görmədiyiniz cəhənnəm sizin üzərinizə yağacaq.
Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri Yəməndə husilərin hədəflərinə ağır zərbələəri hazırda davam etdirir.
“New York Times” qəzeti yazır ki, ABŞ ordusu husilərə qarşı 10-dan çox hücum təşkil edib: Hücumlarda husilərin radar və hava hücumundan müdafiə sistemləri, eləcə də raket sistemləri hədəfə alınıb.
ABŞ rəsmilərinin fikrincə, hücum İrana qarşı bir mesajdır.