ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı ölkə lideri Co Baydenin dəli olduğunu düşünür.
O, müvafiq paylaşımı özünün “Truth Social” sosial şəbəkəsində edib.
“Mən inanıram ki, korrupsioner Co Bayden təkcə axmaq və bacarıqsız deyil. Əminəm ki, o, ağlını itirib”, – Tramp yazıb.
O, Bayden administrasiyasının həyata keçirdiyi miqrasiya siyasətini, həmçinin “Ədliyyə Nazirliyi və FTB-dən silah kimi” istifadəsini bir daha kəskin tənqid edib. Trampın sözlərinə görə, Baydenin simasında ABŞ “ölkəni cəhənnəmə aparan psixi fəlakət”lə üzləşib.