Tramp: İran hələ də gec olmadan razılaşma üçün hərəkət etməlidir

ABŞ-ın prezidenti Donald Tramp sionist rejimin İrana hücumları fonunda verdiyi açıqlamada bildirib:

“Mən İrana razılaşma üçün çoxlu fürsət verdim. Onlara qəti şəkildə xəbərdarlıq etdim ki, ‘sadəcə et’, amma onlar uğursuz oldular. Mən dedim ki, bu, onların gözlədiyi hər şeydən daha pis olacaq.”

O əlavə edib: “ABŞ dünyanın ən yaxşı və ən öldürücü silahlarını istehsal edir – İsrailin çoxlu silahı var və daha çoxu yoldadır.”

Tramp bəzi iranlı rəsmilərin sərt bəyanatlar verdiyini xatırladaraq deyib: “Amma indi onların hamısı ölüdür (şəhid). Vəziyyət daha da pis olacaq.”

O vurğulayıb ki, indiyə qədər böyük dağıntılar baş verib, lakin növbəti ağır hücumların qarşısını almaq üçün hələ də bir razılaşma mümkündür:
“İran, imperatorluğundan qalanları xilas etmək istəyirsə, dərhal hərəkətə keçməlidir. Artıq nə ölüm, nə də dağıntı – sadəcə bunu çox gec olmadan edin.”

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib