Tramp: İran güclü ölkədir

Tramp: İran güclü ölkədir

ABŞ prezidenti sionist rejimin baş naziri ilə birgə keçirdiyi mətbuat konfransında İranın güclü bir ölkə olduğunu etiraf edib.

Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Donald Tramp bu gün (5 fevral) deyib: Siz İranın zəif olduğunu deyirsiniz. Amma İran zəif deyil, əksinə, çox qüdrətli bir ölkədir.

Məlumata görə, Donald Tramp və Benyamin Netanyahu Ağ Evdə qapı arxasında görüşdən əvvəl jurnalistlərin suallarına cavab veriblər. ABŞ prezidenti müsahibə əsnasında Qəzzə zolağı əhalisinin daimi olaraq ölkəni tərk etməsi təklifini verib. Tramp bu təklifini əsaslandıraraq deyib ki, Qəzzə tamamilə xarabalığa çevrilib və orada yaşamaq üçün heç bir şərait olmadığı üçün fələstinlilərin oranı tərk etməkdən başqa heç bir çıxış yolları yoxdur.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib