Tramp: Husilər özləri raket hazırlayır

ABŞ prezidenti jurnalistlərlə görüşdə Yəmən Ənsarullahı haqqında dedi: “Onlar bacarıqsız insanlardan ibarət qrup deyillər. Özləri raket hazırlayırlar.”

Tramp sözlərinə belə davam etdi: “Amma onlar eyni zamanda İrandan da kömək alırlar. Onlar İranın tabe qruplarından biridir. İran üçün başqa bir tabe qrup.”

ABŞ prezidenti daha sonra, iddiasına görə İrana tabe olan qrupları qeyd etdi: “HƏMAS var, Hizbullah var, Husilər var.”

Tramp daha sonra İrana göndərdiyi məktuba istinad edərək dedi: “Siz yaxın zamanda bizimlə hansısa bir şəkildə danışmalısınız, çünki biz bunun baş verməsinə icazə verə bilmərik.”

Qafqaztimes

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib