Tramp Həması hədələyib

Tramp Həması hədələyib

ABŞ prezidenti Donald Tramp Truth sosial hesabında Həmas və Qəzza xalqına qarşı təhdid xarakterli açıqlamalar verib.

Qafqaztimesin xarici KİV-lərə istinadən verdiyi məlumata görə, girovların sərbəst buraxılması şərtini irəli sürən Tramp deyib: İndi bütün girovları azad edin; Ölənlərin cəsədlərini dərhal qaytarın, yoxsa hər şey sizin üçün bitər. Mən İsrailə işi bitirmək üçün lazım olan hər şeyi göndərirəm. Əgər siz mənim dediklərimi etməsəniz, Həmasın bir üzvü belə amanda olmayacaq.

Həmas liderlərinə xitabən Tramp deyib: Bu, sizin son xəbərdarlığınızdır. Hələ şansınız olmadığı halda Qəzzanı tərk etməyin vaxtıdır.

“Qəzzə xalqına da” sözlərini əlavə edən Donald Tramp, girovlarla bağlı qəzzalıların onun istədiyini etməsələr, öləcəklərini bildirib. Tramp deyib: Sizi gözəl gələcək gözləyir, amma girov saxlasanız yox. Bunu etsəniz, öləcəksiniz” deyib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib