Tramp: Amerika Putini Ukraynaya hücum etməyə vadar etdi

QafqazTimes xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkəsinin hazırkı administrasiyasını Rusiyanı Ukraynaya hücuma vadar etməkdə günahlandırıb.

Bu günlərdə Donald Tramp ABŞ-ın hazırkı prezidenti Co Baydenin ən sərt tənqidçilərindən biridir. Tramp və Bayden 2024-cü il prezident seçkilərində yenidən üz-üzə gələ bilərlər. O, Amerikada Putini dəstəklədiyinə görə tənqid edilir.

Donald Tramp sağçı media orqanı olan “Real America’s Voice” xəbər telekanalına müsahibə verərkən deyib ki, Ukraynadakı müharibədən əvvəlki ritorika Putini bu hücuma məcbur etdi.

ABŞ-ın keçmiş prezidenti deyib: “Macəranı araşdırsanız, görərsiniz ki, onlar həqiqətən onu (Putini) bu işə məcbur ediblər. Ölkəmiz, daha doğrusu, liderlərimiz Putini təxribata çəkdilər. Onu buna məcbur etdilər.”

Tramp ötən aylarda verdiyi bəyanatı bir daha təkrarlayaraq bildirib ki, ABŞ prezidenti olsaydı, Ukraynaya hücum heç bir zaman baş verməzdi.

Tramp Bayden administrasiyasının Rusiyanı hücuma necə vadar etdiyi barədə ətraflı məlumat verməmişdir, lakin müharibə başlamazdan bir neçə ay əvvəl Qərb ölkələri Ukraynanın NATO-ya daxil olması məsələsini önə çəkmiş və bununla da münaqişəyə zəmin yaratmışlar.

Related posts

Franklin: Yəhudilər…

Senders: İsrailin bütün qanunları pozduğu göz qarşısındadır

Yəhudilər…

1 şərh

make instant money online absolutely free Oktyabr 12, 2022 - 4:26 axşam

Make Money Online OVER $1,200 PER DAY with bitcoin UP! Click Here: https://datastudio.google.com/embed/reporting/cd04c8bd-8457-4c4d-b398-797c5997b40b/page/64r4C

Add Comment