Tramp: Ağ Evdə tapılan kokain Baydenin oğlununudur

ABŞ-nin keçmiş prezidenti Donald Tramp Ağ Evdə tapılan kokainin prezident Co Baydenin oğlu Hunter Baydenin olduğunu iddia edib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, bu barədə Tramp TruthSosial sosial şəbəkəsindəki paylaşımında deyib.

Tramp yazıb: Oval ofisdə tapılan kokainin Bayden və oğlu Hunterdən başqa bir kimsəyə aid olduğuna kim inanar?

Donald Tramp ölkə mediasını da həqiqətləri gizlətməkdə ittiham edərək yazıb: Hələ bir azdan medialar tapılan kokainin aspirin olduğunu sübut etməyə çalışan xəbərlər də çıxacaq. Bununla da iş ört-basdır ediləcək.

Respublikaçı ABŞ hakimiyyətini “Ağ Evdə kokainin haradan gəldiyini tez bir zamanda göstərəcək” təhlükəsizlik kameralarının görüntülərini dərc etməyə çağırıb. “Onlar artıq cavabı bilirlər, lakin yəqin ki, bu, onların xoşuna gəlmir”, – Tramp deyib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib