Tramp 83 milyon dollar təzminata məhkum oldu

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu-Yorkda  bir qadına qarşı təcavüz və təhqir işində 83 milyon dollar təzminat ödəməyə məhkum edilib.

Əl Aləm telekanalının məlumatına əsasən, Nyu-Yorkda uzun müddətdir davam edən iş üzrə münsiflər heyəti bu gün Trampla bağlı qərarında onun 83 milyon dollar təzminat ödəməsi barədə hökm çıxarıb.

Münsiflər heyəti keçmiş ABŞ prezidentinin E.Jean Carrol adlı qadının reputasiyasına vurduğu ziyanı əsas gətirərək Trampı ümumilikdə 83,3 milyon dollar təzminat ödəməyə məhkum edib.

Qərardan xəbər tutan Carrol vəkilini qucaqlayaraq sevincini nümayiş etdirərkən, Tramp sosial media platforması Truth Social-dakı hesabında “Tamamilə cəfəngiyyatdır. Bu qərarla heç bir şəkildə razılaşmıram. Bura Amerika deyil” deyib. 

Xatırladaq ki, 80 yaşlı jurnal yazıçısı E. Jean Carroll Trampın 1996-cı ilin yazında Nyu-Yorkdakı Bergdorf Goodman mağazasının soyunub-geyinmə otağında ona təcavüz etdiyini bildirsə də, Tramp bu iddiaları rədd etmişdi. 

İlk qanuni qələbədən sonra Kerroll Trampa qarşı qazandığı 5 milyon dollar təzminatdan əlavə 10 milyon dollarlıq ikinci “zərər təzminatı” iddiası qaldırıb və 6 sentyabr 2023-cü ildə hakim bu işdə yenidən Trampı məsul hesab etdi. Yanvarın 16-da Nyu-Yorkda başlayan “zərərin təzminatı” işində bu dəfə 9 nəfərlik münsiflər heyəti yalnız Trampın ödəyəcəyi təzminat məbləğinə qərar verəcək.

Related posts

Putinin İnqilab Rəhbərinə başsağlığı mesajı

Qaranlıq susur, işıq danışır; sən işıq ol, səssizliyi yırt – video

Yəmən ordusu: ABŞ və İsrail hədəfimizdədir

Yəmən ordusu: ABŞ və İsrail hədəfimizdədir