Türkiyənin Dənizli bölgəsində keçirilən toy mərasimi zamanı maraqlı anlar yaşanıb.
Toy mərasimi zamanı cüdo müəllimi olan bəy və gəlin tatami üzərinə çıxıb. 23 yaşlı gəlin həmyaşıdı olan bəyi cüdo fəndi ilə yerə sərib. Gəlinin güc nümayişindən sonra tərəflər nigah masasına əyləşiblər. Məlumata görə, cütlük eyni idman mərkəzində məşq edərkən tanış olublar.