Toyda faciə: Dayı bacısı oğlunu bıçaqladı

Azərbaycanda toyda bıçaqlanma hadisəsi baş verib.

Xaçmazın Çarxı kəndində keçirilən məclis zamanı 1970-ci il təvəllüdlü Murad Baxışəli oğlu Baxışov bacısı oğlu, 1993-cü il təvəllüdlü Elyar Cəfər oğlu Bayramovu bıçaqlayıb.

Hadisənin şəxsi münasibətlər zəminində mübahisə zamanı baş verdiyi bildirilir.

Faktla bağlı Xaçmaz RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Qeyd edək ki, bacısı oğlunu bıçaqlayan şəxs əvvəllər soyğunçuluq və qəsdən sağlamlığa xəsarət yetirdiyinə görə iki dəfə məhkumluq həyatı yaşayıb.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir