Toyda dəhşətli anlar: 24 nəfər yaralandı – Gəlin özündən getdi… (Video izlə)

Türkiyənin Sakarya bölgəsində keçirilən toy mərasimi zamanı qarşıdurma baş verib.

İddialara görə toqquşmanın başlamasına qonaqlardan birinin oturacağı naməlum səbəbdən zalın ortasında yerə çırpması səbəb olub.

Bəziləri isə iddia edir ki, toqquşma qızıltaxma mərasimi zamanı yaranmış mübahisə nəticəsində başlayıb. Hadisə zamanı 24 nəfər xəsarət alıb.

Polis 40 nəfəri nəzarətə götürüb. Məlumata görə, özünü pis hiss edən gəlin hadisəyə görə çox üzülüb. O toqquşmaya səbəb olan qohumlarını məhkəməyə verib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi