Hədiyyə hamını dəhşətə gətirdi- Bəy onunla şəkil çəkdirdi, gəlin etiraz etdi-VİDEO

Qonşu ölkədə toy mərasimi zamanı xoşagəlməz hadisə baş verib.

Bəy və gəlinə qızıl hədiyyələri təqdim edilərkən yaşanan hadisə hamını heyrətə gətirib.

Türkiyənin İstanbul şəhərində keçirilən toy mərasimi zamanı yaxın dostu bəyə qızıl əvəzinə odlu silah verib. Bu zaman gəlin çox narahat olub və bəyə davranışı ilə etiraz edib. Bu hədiyyə qonaqları da narahat edib. Görüntülər yayılandan sonra məsələyə polis qarışıb. Bəyin evində axtarışlar aparılıb. Lakin silaha rast gəlinməyib.

Bəyin ifadəsinə görə, həyat yoldaşı silahdan narahat olduğu üçün o, hədiyyəni geri qaytarıb. Ardınca polis hədiyyəni təqdim edən şəxsin evində axtarış aparıb və silahı tapıb. Bəyin dostuna pul cəzası verilib.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir

İmam Xamenei: Nüvə və insan haqları bəhanədir / Amerika İslam Respublikasının imkanlarından narahatdır