“Tor adası” satışa çıxarıldı

Şotlandiyanın Torsa adası 85 ildə ilk dəfə olaraq 1,9 milyon dollara satışa çıxarılıb.

Adanın adı Norveç mənşəlidir və Şotlandiyanın ən qədim qəbilələrindən biri olan Haylandsın tarixi ilə əlaqəli olan “Tor adası” kimi tərcümə olunur.

Adadakı ən görkəmli tarixi bina xarabalığa çevrilmiş “İt qalası”dır. Qaladan əlavə, adada köhnə üç otaqlı ferma evi var.

Hal-hazırda Torsa mal-qara və qoyun yetişdirmək üçün istifadə olunur.

Elanda həmçinin bildirilir ki, Torsa adasında qartallar, dovşanlar, cüyürlər və su samurları da daxil olmaqla, nadir vəhşi təbiətə rast gəlmək olar.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi