Törətdiyi qayda pozuntusunu sosial şəbəkədə paylaşan daha bir qadın saxlanılıb – VİDEO

İdarə etdiyi “Range Rover Velar” markalı avtomobillə yol hərəkət qaydasını pozaraq bunu sosial şəbəkə hesabında paylaşan Afət Əhməd qızı Quluzadə saxlanılıb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

İzahatında törətdiyi əməldən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirən A.Quluzadə barəsində inzibati protokol tərtib edilib.

BDYPİ bir daha bütün sürücülərdən bu kimi hallara yol verməmələrini tələb edir və xəbərdarlıq edir ki, belə hallara yol verən şəxslər aşkar edildikdə heç bir istisna olmadan barələrində ciddi tənbeh tədbirləri görüləcək.

Xatırladaq ki, bir neçə gün əvvəl başqa bir qadın sürücü qayda pozuntusuna görə saxlanılaraq cəzalandırılmışdı.

Related posts

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO

Bakıda həbsxanada ölüm baş verib

Bakının mərkəzində kişinin başı kəsildi – Hadisə yerindən GÖRÜNTÜLƏR – VİDEO