Tokenini reklam etmək istədi, canlı yayımda alovlara büründü – FOTO/VİDEO

Pump.fun saytı tərəfindən yaradılmış “Solana Meme TruthOrDare” (DARE) tokeninin yaradıcısı Mikol uğursuz reklam fəndi zamanı özünü yandırıb.

Hadisə Mikolun canlı yayımı zamanı baş verib. O, reklam məqsədilə üzərinə izopropil spirti töküb və atəşfəşanlıq arasında qaçmağa başlayıb. Lakin fişənglərdən biri ona dəyib və Mikol alovlara bürünüb.

Dostları dərhal alovu söndürməyə çalışsalar da, odsöndürən və yanğınəleyhinə adyal olmadığından bunu cəld edə bilməyiblər.

Tokenin tərtibatçısı hazırda üçüncü dərəcəli yanıqlarla Mayami Travma Mərkəzində müalicə olunur.

DARE tokeninə gəlincə isə, nəinki qiyməti qalxmayıb, hətta dəyərini itirib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi