“Titan”ın partlaması ilə bağlı yeni qorxunc görüntülər: Sərnişinlər necə ölüb? (Video izlə)

Atlantik okeanında “Titanik” gəmisinin qalıqlarını görmək üçün dərinliyə enən “Titan” batiskafı ilə bağlı yeni görüntülər ortaya çıxıb.

Belə ki, onun göyərtəsindəki milyarderlərin başına gələnlərlə bağlı yeni vizuallaşdırılmış video ərsəyə gətirilib.

Videonun müəlliflərinin hesablamalarına görə, batiskafda olanlar o qədər tez ölüblər ki, heç nə başa düşməyiblər. Onların beyinləri hətta vəziyyətə reaksiya verməyə belə imkan tapmayıb.

Xatırladaq ki, iyunun 18-də beş milyarder “OceanGate Expeditions” şirkətinə məxsus batiskafda batmış “Titanik”ə ekspedisiyaya gedib və sonradan onlarla əlaqə kəsilib. Batiskafın qalıqları dörd gün sonra tapılıb. Batiskaf daxili partlayış nəticəsində tamamilə dağılıb. Bütün sərnişinlər həlak olublar. İyunun 22-də həmin beş nəfərin ölmüş hesab edildiyi açıqlanıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi