“Titan” sərnişinlərinin son saatları: İçilməyən qəhvə, kantri musiqisi, isti corab və papaq… – FOTO

“The New York Times” qəzeti “Titan” sualtı aparatının “Titanik”in dağıntıları üzərinə enməsi üçün hazırlıqların necə aparıldığını və sərnişinlərinin həyatının son saatlarını təsvir edib. Nəşr enişi təşkil edən “OceanGate Expeditions”ın reklam materiallarını araşdırıb, həmçinin batiskaf faciəsi nəticəsində ərini və oğlunu itirmiş Kristin Davudla (bundan əvvəlki dalma zamanı dalğıc olub) danışıb.

“OceanGate” şirkəti isə “The New York Times”ın müsahibə tələblərini rədd edib.

Aparatın son enişi iyunun 18-də baş tutub. İştirakçılar əvvəlcədən gəldikləri “Polar Prince” gəmisində ekspedisiyaya hazırlaşıblar. Komanda gündə iki dəfə ümumi yığıncaq keçirib və orada digər məsələlərlə yanaşı, təhlükəsizlik və eniş üçün hazırlıqlar müzakirə edilib. Bəzən bu görüşlərdə “Titanik” filmi nümayiş etdirilib.

Nəşrin məlumatına görə, “OceanGate”in məqsədi dalma üçün pul ödəmiş sərnişinlərin missiyanın passiv iştirakçıları olmadıqlarına əmin olmaq olub: şirkət onlara “turist” və ya “müştəri” deyil, “missiya mütəxəssisləri” kimi müraciətdə israr edib.

“Titan” üçün bilet 250 000 dollar olub, amma razılaşma yolu ilə azaldıla biləcəyi də qeyd edilib.

Eniş günü, iyunun 18-də “Titan” sərnişinləri səhər saat beşdə göyərtədə toplaşıblar. Bu zaman “OceanGate” komandası batiskafın dalmadan əvvəlki son hazırlıqlarını tamamlayıb.

“Onların bütün hərəkətləri nizamlı görünürdü, aydın idi ki, onlar bunu dəfələrlə ediblər”, – deyə Kristin Davud xatırlayır.

NYT-nin yazdığına görə, göyərtəyə toplaşanlar dalma planını bir daha müzakirə ediblər: bunun 12 saat çəkməli olduğu güman edilirdi, onun da dörd saatı “Titanik”in qalıqlarının araşdırılmasına ayrılmışdı.

“Titan” pilotu və “OceanGate” şirkətinin baş direktoru Stokton Raş suya dalmadan əvvəl “şlaksız” pəhrizə riayət etməyi və səhərlər qəhvə içməməyi (ayaqyolu məsələsində məhdud imkan səbəbindən) tövsiyə edib.

O, həmçinin, isti corab və papaq geyinməyi, ayaqları islatmamağı, suya dalma zamanı pəncərələrdən heç nəyə baxmamağı məsləhət görüb – onsuz da aparatın işıqlandırması “Titanik”in qalıqlarına baxış zamanı lazım olacaq enerjiyə qənaət üçün söndürülmüş olacaqdı.

Raş sərnişinlərə göyərtədə dinləmək üçün sevimli mahnılarını telefonlarına yükləməyi də təklif edib, amma kantri musiqi seçməkdən çəkinmələrini istəyib.

Dalma iştirakçılarına səhər saat 7:30-da sualtı qayığa minməyə hazır olmaları bildirilib. Sərnişinlər suyadavamlı şalvar və gödəkçələr, həmçinin polad burunlu çəkmələr, xilasedici jiletlər və dəbilqələr geyiniblər. Bundan sonra onların hər birinin çəkisi ölçülüb və “Titan”a minmələrinə yardım edilib.

Qəzetin məlumatına görə, aparat daxildən oturacaqları olmayan yolsuzluq avtomobilinə bənzəyib. Döşəmədə rezin döşək, tavanda tutmaq üçün iki tutacaq olub. Sonra lük aşağı salınıb, boltlar əlavə olaraq bərkidilib və aparat dalmağa başlayıb.

İyunun 18-də eniş başlayandan təxminən 1 saat 45 dəqiqə sonra “Titan” “Polar Prince”lə əlaqəni kəsib. Onun qalıqları dörd gün sonra, 1912-ci ildə batan “Titanik” gəmisindən 488 metr aralıda “Pelagic Research” şirkətinin robotlaşdırılmış dərin dəniz zondunun köməyi ilə aşkar edilib. “Titan”ın bütün sərnişinləri – pakistanlı iş adamı Şahzadə Davud və onun 19 yaşlı oğlu Süleyman, britaniyalı iş adamı Hemiş Hardinq, fransız okeanoloq Pol-Henri Narjole və Stokton Raş – həlak olublar.

İyunun 23-də ABŞ Sahil Mühafizəsi bildirib ki, tapılan dağıntılara əsasən, gəmidə imploziya – yəni içəriyə doğru partlayış baş verə bilərdi.

Xatırladaq ki, bundan əvvəl “OceanGate” şirkətinin sahibi Stokton Raş ilə “Titanik”də həlak olan iki sərnişin arasında qohumluq əlaqələri üzə çıxmışdı.

Related posts

Son üç il ərzində dünyada təyyarə qəzalarının STATİSTİKASI

5 antik sirrin hekayəsi: Bu daşlar nə işə yarayır – Alimlər də heyrət içində – FOTOLAR

Portuqaliya sahillərində inanılmaz tapıntı – Qızıl və gümüş yüklü 250 gəmi

3 şərhlər

Brin Fevral 18, 2024 - 6:19 səhər

Today, while I was at work, my cousin stole my iphone and tested
to see if it can survive a thirty foot drop, just so
she can be a youtube sensation. My iPad is now broken and she has 83
views. I know this is completely off topic but
I had to share it with someone!

Adal Fevral 20, 2024 - 8:40 səhər

I have read a few just right stuff here. Certainly price bookmarking for revisiting.
I surprise how much effort you put to make the sort of wonderful informative web site.

จีจี้ดาวนี่ หลุด Avqust 16, 2024 - 2:33 səhər

Do you mind if I quote a couple of your articles as long as I provide credit and sources back to your website? My website is in the exact same niche as yours and my users would really benefit from some of the information you present here. Please let me know if this alright with you. Thank you!

Add Comment