Kosta-Rikada “Deportivo Rio Kanyas” həvəskar komandasının futbolçusu Xesus Alberto Lopes Ortis timsahın hücumuna məruz qalıb və timsah onu yeyib.
Bu barədə “The Sun” nəşri məlumat verib.
Britaniya nəşrinin məlumatına görə, hadisə Kuanakaste əyalətində Kanyas çayında baş verib. Polis 29 yaşlı futbolçunun cəsədinin əldə etmək üçün timsahı güllələməli olub.
“Deportivo Rio Kanyas”ın mətbuat xidməti Lopesin dəfn mərasiminə minə yaxın insanın gəldiyini bildirib.
“Bu, hər kəs üçün çox çətin gündür. Biz səni həm məşqçi, həm futbolçu, həm də ata kimi xatırlayacağıq. Sən həmişə bizim qəlbimizdə olacaqsan. Yüksəklərə uç, dost”, – deyə klubun bəyanatında qeyd edilib.