Amerikanın Times qəzeti Netanyahunun İsmail Həniyyəni terror etməkdə məqsədinin müharibəni genişləndirərək ABŞ-ı da buna sürükləmək istədiyindən xəbər verərək yazıb: İsrail bu müharibədə ağır bədəl ödəyəcək.
Əl Aləm telekanalının məlumatına əsasən, Timesin yazarı Trita Pressi yazır: Bu müharibə sırf Netanyahunun mənafeyi üçün davam edir. İsmail Həniyyənin terroru ilə ehtimal olunun razılaşma sövdələşməsinə zərər verəcək və o, bu müharibəni davam etdirmək üçün əlindən gələni əsrigəmir.
Trita Pressi daha sonra yazır: Netanyahu əvvəlki müzakirələrin həssas və məxfi planlarını qəsdən medianın ixtiyarına verir ki, bu razılaşma baş tutmasın.
Times-in məlumatına görə Netanyahu girov mübadiləsinin öz dövlətinin süqutu, onun vəzifəsini itirməsi və korrupsiya ittihamı ilə həbsə düşməsi ilə nəticələnəcəyini yaxşı bilir. Ona görə də onun üçün yeganə çıxış yolu müzakirələrin ləğvi və razılaşmanın baş tutmamasıdır.