“TikTok”dan qadağan olunduğu ölkədəki istifadəçiləri üçün çıxış yolu

Məşhur sosial media platforması “TikTok” ABŞ-dəki 170 milyon istifadəçisi üçün yeni bir tövsiyə alqoritmi hazırlayır. Bu addım nəticəsində ABŞ üçün müstəqil bir “TikTok” tətbiqi yarana bilər.

Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Yeni alqoritm xüsusi olaraq amerikalı auditoriya üçün hazırlanır və Çinin “ByteDance” şirkətindən asılı olmadan işləyəcək. Bu isə sosial şəbəkəni qadağan etməyi planlaşdıran ABŞ qanunvericiləri üçün daha məqbul bir versiya ola bilər.

Xatırladaq ki, ABŞ “TikTok”un ölkədə bloklanmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Hakimiyyət orqanları hesab edirlər ki, Çin şirkəti amerikalı gəncləri izləyir və prezident seçkisinə təsir edə bilər. Sosial şəbəkənin köməyi ilə Çin kəşfiyyat xidmətləri lazım olan bütün məlumatları əldə edirlər.

ABŞ Nümayəndələr Palatasından bildirilmişdi ki, “TikTok” Çin Kommunist Partiyası tərəfindən idarə olunan “ByteDance” ilə əlaqələrinə son verməsə, şəbəkənin ABŞ-də “istifadə müddəti” başa çatacaq.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi