“TikTok” Azərbaycandan yüklənən yüz minlərlə videonu sildi

Bu ilin I rübündə “TikTok” Azərbaycandan yerləşdirilmiş 390 223 videonu platformasından silib.

Bunu şirkətin Şərqi Avropa və Mərkəzi Asiya üzrə kommunikasiya xidmətinin rəhbəri Kristina Yeremeyeva bildirib.

Onun sözlərinə görə, bu videoların 80,1%-i yükləndikdən sonra 24 saat ərzində silinib. Bundan başqa, silinmələrin 95,2%-i isə proaktiv qaydada baş tutub.

K.Yeremeyeva həmçinin deyib ki, rüb ərzində dünya üzrə 91 003 510 video silinib ki, bunun da 89,9%-i yerləşdirildikdən sonra 24 saat ərzində baş verib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi