ABŞ-ın Texas ştatında baş verən dağıdıcı sel nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb. Axtarış-xilasetmə işləri davam etsə də, itkin düşənlərin sağ tapılması ümidi azalır. Sel nəticəsində ən çox zərər çəkmiş Kerr bölgəsində 84 nəfərin — 56 böyük və 28 uşağın — cəsədi tapılıb.
ABŞ Prezidenti Donald Tramp Kerr bölgəsini fəlakət zonası elan edib və fövqəladə yardımın təmin olunacağını bildirib. Tramp cümə günü zərərçəkmiş ərazilərə səfər edəcəyini açıqlayıb.
Eyni zamanda, Senatın demokrat lideri Çak Şumer, Milli Hava Xidmətindəki ixtisarların selə dair proqnozlara təsir edib-etmədiyinin araşdırılmasını tələb edib. Tramp isə bu iddiaları rədd edib və dövlət qurumlarının effektiv işlədiyini bildirib.