Ter-Petrosyan Türkiyə parlamentinin erməni deputatı ilə bir arada

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan türkiyəli deputat Karo Paylanı öz iqamətgahında qəbul edib.

Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması perspektivlərinin müzakirə olunduğu söhbət iki saatdan çox davam edib. Müzakirələrdə birinci prezidentin baş müşaviri Jirayr Liparityan da iştirak edib.
İstisna deyil ki, erməni deputat İrəvana ümumerməni sammitinə qatılmaq üçün gəlib.

Qeyd edək ki, əvvəlki illərdə türkiyəli deputat Serj Sərkisyan və digər türk düşmənləri ilə də görüşmüşdü. HDP-ni təmsil edən Paylan dəfələrlə antitürk çağırışları ilə gündəmə gəlib. Qardaş ölkənin müvafiq qurumlarının belə həssas dönəmdə Paylanın İrəvana hansı məqsədlə gəldiyini araşdıracağı istisna deyil.

/Musavat.com/

Related posts

İranlı həkimlər ilk dəfə ana bətnində olan dölün beynini əməliyyat ediblər – fotolar

Boliviyadakı “intihar evləri”… – FOTO

Beyin hansı yaşdan sonra qocalmağa başlayır? – Rusiyalı mütəxəssisdən açıqlama