Teleqramın yeni versiyasında tələblər sərtləşdirildi

Teleqram mesencerinin tərtibatçıları “iPhone” üçün proqramı 9.0.1 versiyasınadək yeniləyiblər.

“Telegram Info” kanalından verilən məlumata görə, indi proqram yalnız iOS 11 və daha yüksək versiyalarla işləyən cihazlarda dəstəklənir.

Beləliklə, indi “App Store”dan teleqramı yalnız “iPhone 5s” və daha yeni modellərin sahibləri quraşdıra bilər.

Qeyd olunur ki, “iPhone” üçün teleqramın yeni versiyasında əvvəlki yeniləmədə yox olan hiperlink funksiyası formatlaşdırma menyusuna qaytarılıb. Həmçinin, mənbənin sözlərinə görə, mesencer indi status və reaksiya seçərkən “Telegram Premium” abunəçiləri üçün əlçatan olan fərdi emojilərin axtarışına malikdir.

Related posts

Boliviyadakı “intihar evləri”… – FOTO

Beyin hansı yaşdan sonra qocalmağa başlayır? – Rusiyalı mütəxəssisdən açıqlama

Təyyarə qəzalarının açarı – “Qara qutu” NƏDİR…