“Telegram”da tezliklə bu yeni funksiyalar olacaq

“Telegram”ın həmtəsisçisi və baş direktoru Pavel Durov mesencerdə tezliklə 16 yeni funksiyanın görünəcəyini açıqlayıb.

Onun sözlərinə görə, yeni funksiyaların əksəriyyəti artıq tətbiqə inteqrasiya olunub, lakin hələ ki istifadəçilər üçün əlçatan deyil.

Durov son yeniləmə ilə birbaşa mesencerdə əlçatan olan stikerlərin yaradılması funksiyasından da danışıb. İndiyə qədər stikerlər yalnız kənar proqramlarda yaradıla bilirdi.

“Telegram” rəhbəri hesab edir ki, 2015-ci ildən mövcud olan stiker platforması yalnız indi həqiqətən demokratikləşib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi