“Telegram”da problemlər yarandı

İyulun 2-də axşam saatlarında bütün dünyada istifadəçilər “Telegram”da problemlərlə üzləşiblər.

Məlumata görə, mesencer düzgün işləməyib, mesajların və media fayllarının yüklənməsi çox vaxt aparıb.

İnsanlar mesajların və şərhlərin yüklənməsi ilə bağlı problemlərdən şikayətləniblər. Bəzi hallarda onları göndərmək və oxumaq mümkün olmayıb.

“Downdetector” portalının məlumatına görə, dünyanın müxtəlif yerlərində istifadəçilər oxşar problemlər yaşayırlar. Ən çox narazılıq ABŞ, Rusiya və Avropanın sakinlərindən gəlib, lakin Braziliya, Argentina və Misirdən də şikayətlər var.

“Telegram” nümayəndələri fəaliyyətdəki problemlərə münasibət bildirməyiblər.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi