Sionist rejimin XİN başçısı nazirlər kabinetinin Qahirədə danışıqlara nümayəndə heyəti göndərmək qərarını açıqlayıb.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Gideon Saar dünən (27 fevral) bu xəbəri elan edərək deyib: Netanyahu danışıqlar heyətinin Qahirəyə göndərilməsi barədə göstəriş verib və bu təlimata əsasən, nümayəndə heyəti bu gün günortadan sonra Misirə yola düşəcək.
İsrailin 12-ci telekanalı isə bu barədə deyib: Nümayəndə heyətinin Qahirəyə səfəri barədə qərar Netanyahunun təhlükəsizlik rəsmiləri ilə birlikdə bütün nazirlərin iştirakı ilə keçirilən iclasdan sonra verilib.
Bəzi mənbələr Netanyahunun “Bütün məhbusları geri qaytarana qədər dayanmadan çalışacağıq” sözlərini də sitat gətirib.