Tel Əvivdə yenə etiraz aksiyası keçirildi

Tel Əvivdə yenə etiraz aksiyası keçirildi

İşğal olunmuş Fələstin torpaqlarında yenə də on minlərlə sionist baş nazir kabineti əleyhinə mitinq keçirərək Benyamin Netanyahunun istefası, Həmasla girov mübadiləsinin razılıq imzasının atılmasını tələb edib.

Tel Əvivdə yenə etiraz aksiyası keçirildi

Əl Aləm telekanalının məlumatına əsasən, dünən gecə (27 iyul) israillilər küçələrə axışaraq Netanyahu kabinetinin dağılması, Qəzzə müharibəsinin bitməsini tələb edən şüarlar səsləndiriblər.

Məlumata görə Həmasın götürdüyü israilli girov ailələri Netanyahunun öz mənafeyinə xatir müharibəni bitirməməsi, girovların geri qaytarılmamasını vurğulayıblar.

Sionistlərin 12-ci kanalı elan edib ki, aparılan sorğuya əsasən, respondentlərin 62%  girovların qaytarılmasının Qəzzə müharibəsinin sonlandırılmasından daha önəmli olduğuna inanır. 51% israilli isə Həmasla razılaşmanın Netanyahunun səhv siyasəti səbəbinə baş tutmadığını deyirlər.

Əl Aləm telekanalı hüquqi eksperi Əmcəd Şahabın qənaətinə görə İsrail-Həmas razılaşmasının baş tutması çox zəif etimaldır. Olmuş olsa belə, cüzi razılaşma ola bilər və bu isə Netanyahunun daxili təzyiqlərə görə qəbul edə biləcəyi bir məsələdir. Həmçinin başda hahamlar olmaqla Heridilərin təzyiqini də nəzərə almaq lazımdır. Çünki onlar girovların qaytarılması zəminində Netanyahuya çox təzyiq göstərirlər.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir