Tel-Əviv xiyabanları bağlandı

Sionist rejim parlanmentinin Ədliyyə islahatlarlı layihəsinə etirazların davamında minlərlə fələstinli Tel-Əviv və işğal olunuş Qüdsdə aksiya keçirib.

Əl-Aləm telekanalının məlumatına əsasən, işğal olunmuş Qüds sakinləri bu gün (20 fevral) “Məhkəmə islahatı” adlı layihənin təsdiqlənməsinə etiraz aksiyası təşkil eədək sionist rejim parlamenti qarşısına toplaşıblar. Etirazçıların fikrincə bu layihənin təsdiqlənməsi “qanuna və demokratiyaya zidd”ir.

Sionist informasiya qaynaqları aksiya iştirakçılarının çoxluğundan Tel-Əviv xiyabanları bağlanıb.

Bəzi qaynaqlar aksiya iştirakçılarının 8 parlament üzvünü Knessetə girişinə mane olduqlarını da elan edib.

Xatırladaq ki, ötən həftə də Tel-Əviv, Qüds və Həyfa şəhərləri etiraz aksiyalarının şahidi olub. Amma bu həftə aksiyaların kulminasiya nöqtəsi olduğu üçün “qara bazar ertəsi” adlandırılıb.

Fars İnformasiya Agentliyi İsraildə “məhkəmə isalahatı” layihəsinin bu gün təsdiqlənəcəyini deyir. Bu layihə yanvarın 4-də parlamentə təqdim olunub.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir