Tel Əviv və Əsqəlana düşən raket sionistləri qorxuya saldı

Sionist rejim mediaları bu gün səhər tezdən (7 oktyabr) Əsqəlan və Tel Əvivə raket hücumu olduğundan və bir nəfərin həlak olmasından xəbər verib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Yerusalim Post qəzeti yazıb: Cənb bölgələri, Qəzzə ətrafı, Əl Niqəb, Əsqəlan və Tel Əvivə raket hücumundan sonra bütün təhlükə siqnalları işə düşüb.

Əlcəzirə telekanlı elan edib ki, raket Tel Əvivdə bir binanı dağıdıb.

İsrail radiosu deyib:  Həmas və müqavimət qrupları işğal olunmuş ərazilərə raket atıblar.

Məlumata görə səhər 6:30-da baş verən hadisə və onlarla raketin atılması əhalidə şiddətli  qorxu yaradıb.

Sionist rejim ordusu Həmas üzvlərinin Saderuta daxil olduqlarını, sionist hərbçilərlə qarşıdurma baş verdiyini, əhalinin qorunması üçün bütün yeraltı qorunmaların açıq olduğunu elan edib.

Deyilənlərə görə Əsqəlana düşən raketdə 4 sionistin yaralandığı elan olunub.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur