Tel Əviv Avroasiya ölkələrinə nüfuzunu artırmaqdadır

Sionist rejim xarici işlər naziri artıq keçmişdəki kimi İbrahim sazişinin əhatə dairəsini genişləndirmək fikrində deyil, əksinə       Asiya və islam ölkələrində nüfuzunu artırmağa çalışır.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Elo Koen dünən (29 may) Times qəzeti ilə müsahibədə Türkmənistan və Azərbaycan Respublikasna səfərinə işarə edərək deyib: Tel Əviv dinin bir o qədər də önəmi rolu olmayan islam ölkələrində nüfuzunu artırmaq siyasətini güdür.

Əl Yəvm qəzeti yazır: Türkmənistan inzivaya çəkilmiş bir ölkədir və İsrail bu ölkənin coğrafi mövqeyinə görə, yəni İrana ən yaxın ölkə olduğu üçün orada möhkəmlənməyə çalışır.

Eli Koen Azərbaycan Respublikası barədə isə İsrailin bu ölkəni modern silahlarla təmin etdiyini vurğulayıb.

Əl Yəvm yazır: Bakı-İsrail münasibətlərində hərbi əməkdaşlıq çox sıxdır. Tel Əviv Bakıya verdiyi dronlarla Azərbaycan 2020-ci ildə ermənistanla müharibədə istifadə etdikdən sonra qələbə çaldı.

Qeyd edək ki, 2020-ci ilin sentyabrında İsrail, BƏƏ və Bəhreyn münasibətlərin normallaşdırılmasına və diplomatik münasibətlərin qurulmasına dair “İbrahim Sazişi” adlı müqavilə bağlayıb. , tarixi sazişin bağlanması mərasimi ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda – Ağ Evdə baş tutub.

Mərasimdə ABŞ prezidenti Donald Tramp və xanımı Melaniya, həmçinin onlarla qonaq iştirak edib. Müqaviləyə İsrailin baş naziri Binyamin Netanyahu, BƏƏ-nin Xarici İşlər naziri Əhməd bin Zayed əl-Nəhyan və Bəhreynin Xarici işlər naziri Əbdel Lətif əz-Zəyani imza atıblar.

Razılaşmaya, əsasən, Təl-Əviv İordan çayının Fələstinə aid qərb sahillərinin işğalı planından imtina edəcək. Buna baxmayaraq, Fələstin Əbu-Dabi və Manamanın bu addımını ümumi ərəb maraqlarına xəyanət kimi qəbul edib.    

Related posts

İsrail xəstəxananı və həkimləri yandırdı – ətraflı

Ənsarullah: Yəmən xalqı Fələstinə dəstəyi dayandırmayacaq

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

1 şərh

Aleida.U İyul 13, 2024 - 5:25 səhər

I like this website very much, Its a real nice place to read and get information.Leadership

Add Comment