Tel-Əviv AB-nin Sülh Prosesi üzrə elçisinin fəaliyyətlərini boykot etdi

Qafqaztimes xəbər verir ki, İbrani dilli mənbələr çərşənbə günü axşam Təl-Əvivin AB-nin Yaxın Şərq Sülh Prosesi üzrə xüsusi elçisi Sven Kupmansla görüşməyi qadağan etdiyini bildirmişlər.

“Əl-Ərəbi Əl-Cədid” qəzeti sionistlərin “Vala” veb saytına istinadən yazıb ki, bu addım, Avropa Birliyinin Qəzza bölgəsindəki son mövqeyinə etiraz olaraq atılıb. İsrail Xarici İşlər və Müharibə Nazirlikləri keçən həftə Fələstindəki “sülh prosesi” üzrə AB-nin xüsusi elçisi ilə hər hansı bir görüşü boykot edib.

“Vala” veb saytı rəsmi sionist rejimi mənbələrinə istinad edərək, Təl-Əviv Dövlət Departamentinin, keçən ay Qəzza zolağına qarşı təcavüzü zamanı AB-nin xarici siyasət idarəsinin rəhbəri Cozef Borrellin mövqeyinə görə “qəzəbli” olduğunu bildirib.

Məlumata görə, Təl-Əviv bu qəzəbinin səbəbi Borrellin Fələstin müqavimət raketlərinin İsrail ərazisinə atılmasını “qətiyyətlə” qınamamasıdır.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur